Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verən qəzada yaralananların şəxsiyyəti və hadisənin təfərrüatları məlum olub.
ÇıxışYolu.Com xəbər verir ki, onlar 2007-ci il təvəllüdlü Hüseynov Rafiq İsmayıl oğludur, “Hundai” avtomobilinin sürücüsü Fərəczadə Səadət və onun qızları, 1998-ci il təvəllüdlü Fərəczadə Nigar Fərəc qızı, 2001-ci il təvəllüdlü Fərəczadə Fidan Fərəc qızıdır.
Yaralılar Bakıya gətirilərək xəstəxanaya yerləşdirilib.
N.Fərəczadəyə aşağı ətrafların və döş qəfəsinin əzilməsi, qapalı kəllə-beyin travmasl, F.Fərəczadəyə döş qəfəsinin və başın küt travması, R.Hüseynova isə sol budun yerdəyişmiş sınığı diaqnozu qoyulub. Hər üç yaralının vəziyyəti stabil qiymətləndirilir.
Məlumata görə, avtomobildə olan 7 nəfər Bakıdan Lerik rayonuna istirahətə gedirmiş. Səadət Fərəczadə “Hundai” markalı avtomobillə hərəkətdə olan zaman qarşısına maneə çıxıb. Bu zaman o, maneədən yayınmaq istəyib. Nəticədə avtomobil bir neçə dəfə çevrilərək aşıb.
Qəza zamanı avtomobildə olan 7 nəfərdən 3-ü dünyasını dəyişib, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.
Kamil Əmirli, Elşad Mətləboğlu
00:40
Biləsuvarda yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi xəbərə görə, bunlar Bakı şəhərinin Buzovna qəsəbəsinin sakinləri, 1986-cı il təvəllüdlü Hüseynova Günel İsmayıl qızı, 2004-cü il təvəllüdlü Hüseynov Riyad Çingiz oğlu və 2006-cı il təvəllüdlü Fərəczadə Səfər Fərəc oğludur.
İki azyaşlının meyiti müayinə olunmaq üçün Biləsuvar morquna, qadının meyiti isə Cəlilabad məhkəmə tibbi-ekspertiza idarəsinə aparılırb.
Faktla bağlı araşdırma başlayıb.
00.08
Ötən gün axşam saatlarında yeni Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində avtomobil qəzası qeydə alınıb.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi xəbərə görə, “Jeep” markalı avtomobilin qarşıda gedən maşınla toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb.
Qəza nəticəsində 1998-ci təvəllüdlü Fərəczadə Nigar Fərəc qızı və daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlardan dörd nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralılardan biri yolda dünyasını dəyişib. İki qadın və bir azyaşlı uşaq xəstəxanaya yerləşdiriliblər. Qəzada xəsarət alan bir nəfər isə Biləsuvar xəstəxanasına yerləşdirilib.
Hazırda ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.