Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, 90-BN-703 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili rayonun Axundov küçəsində yolu keçmək istəyən piyada, 1979-cu il təvəllüdlü Mahmudova Ramilə Mumar qızını vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu