ÇıxışYolu.Com - Bir-birinin acığına bahalı geyinən şou əhli

ÇıxışYolu.Com – Bir-birinin acığına bahalı geyinən şou əhli

Baxış sayı: 1. 931 dəfə baxılıb.

Koko Şanel deyirdi ki, dəb gedir, lakin stil qalır. Dəb və fərqlilik deyəndə isə ağıla məşhurların biri-birindən cazibədar, qlamur libasları və gözqamaşdıran aksesuarları gəlir.

Bizim şou əhlinin pal-paltarlara düşkün olması da heç kimə sirr deyil.

ÇıxışYolu.Com ulduzların ətək-ətək xərclədiklərini, bahalı geyimləri və aksesuarlarının hansı brendə məxsus olmasını və dəyərini “Instagram”da “Kim haradan geyinir?” səhifəsinə istinadən təqdim edir:

Özünəməxsus “şamplena” imici ilə hər zaman diqqətləri öz üzərinə cəmləməyi bacaran Xalq artisti Aygün Kazımova yenə də ənənəsinə sadiq qalıb. Pop diva qatıldığı tədbirdə qara rəngli qısa sinə dekolteli 7650 manatlıq libası ilə göz qamaşdırıb. Kazımovanın saçaqlı əlbisəsi “Afffair.fff” brendinə aiddir.

ÇıxışYolu.Com - Bir-birinin acığına bahalı geyinən şou əhli

Azərbaycanı 2010-cu ildə “Avroviziya” beynəlxalq mahnı yarışmasında “Drip-drop” mahnısı ilə təmsil edən, ailə həyatı qurduqdan sonra ifaçılıq karyerasını bitirən Səfurə Əliyeva (Əlizadə) dəblə geyinən məşhurlardandır. Onun əyninə geyindiyi dəri gödəkçənin markası “Acnes studiya”ya məxsusdur. Qiyməti 3060 manatdır.

ÇıxışYolu.Com - Bir-birinin acığına bahalı geyinən şou əhli

Klassik, eləcə də sport tərzinə üstünlük verən Səfurənin bir başqa obrazı da kifayət qədər bahalı və rəngarəngdir. Səfurə sadə geyimini dəyəri 1079 manatlıq “Balenciaga” markasına aid olan çanta, “Alexander McQueen”dən 672 manatlıq ayaqqabı, “Hermes” brendinə məxsus qiyməti 1130 manatlıq kəmərlə bəzəyib.

ÇıxışYolu.Com - Bir-birinin acığına bahalı geyinən şou əhli

Dodaq uçuqladan qiymətə qarderobunu zövqlü əşyalarla zənginləşdirənlər sırasında Türkiyədə müğənnilik fəaliyyətini uğurla davam etdirən Günel Zeynalova da (Azəri qızı Günel) var.

Sənətçi üzərində qiyməti 3221 manatlıq “Burberry” markasına aid uzun trençkot (yağmurluq), ayağında isə 744 manatlıq “Alexander McQueen” brendinin idman üslüblu qara ayaqqabısı ilə görkəmini tamamlayıb.

ÇıxışYolu.Com - Bir-birinin acığına bahalı geyinən şou əhli

Zeynalovanın seçim edib, əyninə sevə-sevə geyindiyi uzun ağ libas həm dəbdəbəli, həm də zövqlüdür. “Nocturne” brendinə məxsus əlbisənin qiyməti 206 manatdır.

ÇıxışYolu.Com - Bir-birinin acığına bahalı geyinən şou əhli

Verilişlər aparıb, serial və filmlərə çəkilən Kəmalə Piriyeva da zövqlə geyinən məşhurlardandır. Kəmalə üzərini dizə qədər tünd boz rəngli 550 manatlıq libasla bəzəyib, əlinə isə 185 manatlıq kiçik qara çanta götürüb. Libasla, çanta “Liujoglobal” markasına məxsusdur.

ÇıxışYolu.Com - Bir-birinin acığına bahalı geyinən şou əhli

Hər zaman bahalı geyimlərə üstünlük verən müğənni Aysel Əlizadə bu dəfə ənənəsini pozub. O, əynini dəyəri 119 manatlıq fil dişi rəngində olan “Zara” brendinə məxsus sviterlə bəzəyib.

ÇıxışYolu.Com - Bir-birinin acığına bahalı geyinən şou əhli

Son zamanlar geyimləri ilə izləyicilərin diqqətini maqnit kimi özünə çəkən Tünzalə Ağayeva sadə geyim tərzi ilə görüntülənib. O, “Zara” brendinə aid dəyəri 119 manatlıq uzun, pastel yaşıl rəngində “şalaş” tərzli libasdan istifadə edib.

ÇıxışYolu.Com - Bir-birinin acığına bahalı geyinən şou əhli

Rəşad Əliyev