Yaponiyanın futbol üzrə I divizionunda bir oyunda iki qol meydanın mərkəzə yaxın hissəsindən vurulub.
ÇıxışYolu.Com xəbər verir ki, bu, Yamaqata şəhərində keçirilən “Montedio” – “Ehime” matçında baş verib.
61-ci dəqiqədə “Montedio”nun futbolçusu Shun Nakamura rəqib qapıçı Masahiro Okamotonun cərimə meydançasından kənarda olmasından yararlanaraq baxımlı qola imza atıb.
Maraqlıdır ki, bir dəqiqə sonra “Ehime”nin 36 yaşlı qapıçısı eyni səhvə yenə yol verib. Bu dəfə Tatsuhiro Sakamoto meydançanın mərkəzindən o qədər də qüvvətli olmayan zərbə vurub, lakin qolkiper qarşıda olduğundan, topun qapıya getməsinə mane ola bilməyib.
Qeyd edək ki, görüşdə “Montedio” 3:0 hesabı ilə qalib gəlib.
Səbuhi Musayev