Paytaxtın Xətai rayonunda avtomobillərin şüşəsini sındıraraq oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Gəncə şəhər sakini Nicat Qasımzadə N.Əliyev küçəsində cinayət başında tutularaq araşdırma aparılan zaman onun bir gecədə 11 avtomobilin şüşəsini sındırdığı məlum olub.
N.Qasımzadə qeyd edilən cinayətləri paytaxt sakini Ceyhun Abbasovla birlikdə törətdiyini bildirib.
Qeyd edək ki, Ceyhun Abbasov bir neçə ay əvvəl analoji cinayətlər etdiyi üçün polislər tərəfindən saxlanılsa da, həmin vaxt yetkinlik yaşına çatmadığından onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.
Araşdırma zamanı dəstə üzvlərinin avtomobillərin salonlarından pul və qiymətli əşyalar oğurladıqları məlum olub. Onlar şüşəsi sındırılan nəqliyyat vasitələrinin birinin salonundan isə 1000 manat pul ələ keçiriblər.
Dəstə üzvlərinin bir neçə gün əvvəl Xətai rayonun digər küçələrində də avtomobillərin şüşələrini sındıraraq oğurluqlar etdikləri məlum olub.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.