Türkiyənin Milas Bodrum Hava Limanında yerli vaxtla saat 18.00-da eniş edən təyyarənin şassisi partlayıb.
Qəza nəticəsində təyyarə enmə zolağından çıxıb. Qəza ilə bağlı hava limanında müvəqqəti olaraq təyyarələrin uçuşu dayandırılıb.
İnsident nəticəsində xəsarət alan olmayıb. Təyyarənin özəl şirkətlərdən birinə məxsus olduğu bildirilir.