ÇıxışYolu.Com – “Boeing” irqçilikdə ittiham olundu

Baxış sayı: 2. 646 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Boeing” irqçilikdə ittiham olundu

ABŞ-ın “Boeing” korporasiyasının qaradərili əməkdaşı Kertis Entoni şirkəti məhkəməyə verib. Onun sözlərinə əsasən, müxtəlif vaxtlarda iş yerində ilgək vurulmuş kəndir, “N” hərfi yazılmış lövhə və digər bu kimi təhqiredici əşyalar tapıb.    

Bu barədə ÇıxışYolu.ComABC News”-a istinadla xəbər verir.

K.Entoni 2011-ci ildən şirkətdə çalışır və keyfiyyətin yoxlanılmasına cavabdehdir. O, məhkəməyə müraciət edərək, “Boeing” şirkətini irqçi mühitinin yaradılmasında və təhqirlər barədə məlumat verdikdən sonra sıxışdırılmaqda ittiham edib.

“Boeing” isə öz növbəsində, əməkdaşının ittihamlarının əsassız olduğunu bildirir və qeyd edir ki, o, rəhbərliyə təhqir olunduğu barədə məlumat verməyib.