Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən E.Paşayev həkimlərin müdaxiləsinə baxmayaraq ölüb.
Onun meyiti aidiyyatı olaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
03:47
Xəzər rayonunda 49 yaşlı kişi kəsici alətlə özünə xəsarət yetirib.
Hadisə Zirə qəsəbəsinin Zirə bağları adlanan ərazisində baş verib. 1970-ci il təvəllüdlü Paşayev Etibar Qumaş oğlu kəsici alətlə biləyinə və əlinə xəsarət yetirib.
İlkin məlumata görə, E.Paşayev pul borcu olduğu üçün özünə qəsd etmək istəyib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu