Rusiyanın Orenburq şəhərində bir şəxs dayanacaqda olan yeddi avtomobilə ziyan vurub.
O, bu yolla ondan aldığı borcu qaytarmayan tanışını qorxutmaq istəyib.
Hansı avtomobilin ona borclu olana aid olduğunu bilməyən şəxs binanın həyətindəki yeddi avtomobilin pəncərələrini daşlarla qırıb, rəngli boya ilə rəngləyib.
Ren.tv-nin xəbərinə görə, bu “vandallıq” ona baha başa gəlib.
Həbs olunan dələduz indi yeddi avtomobilə vurduğu zərəri ödəməlidir.
Maraqlıdır ki, bu avtomobillərin heç biri ona borclu olan şəxsə məxsus olmayıb.