ÇıxışYolu.Com – Boşanma cəhdi ailəvi davaya çevrildi: 12 yaralı var

Baxış sayı: 1. 802 dəfə baxılıb.

ÇıxışYolu.Com - Boşanma cəhdi ailəvi davaya çevrildi: 12 yaralı var

Türkiyənin Diyarbəkir bölgəsində ailələr arasında düşən dava 12 nəfərin yaralanması ilə nəticələnib. 

“Haber Global” xəbər verir ki, münaqişəyə səbəb boşanma məsələsi olub. 

Əvvəlcə kənd mərkəzində qarşılaşan ailələrin davası daha sonra boşanan cütlüklərdən qız tərəfin ailəsinin oğlan tərəfin evinə hücum etməsi ilə davam edib. 

Bu zaman baş verən daşlı, dəyənəkli və silahlı davada ikisi ağır olmaqla 12 nəfər yaralanıb. 

Hadisəyə müdaxilə etmək üçün çox sayda jandarm və təcili tibbi yardım briqadaları cəlb olunub.