Braziliyada keçirilən Amerika Kuboku başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, məşhur “Marakana” stadionunda keçirilən həlledici oyunda meydan sahibləri Peru ilə qarşılaşıb.
Görüş Braziliyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Titenin yetirmələrindən Everton, Qabriel Jezus və Riçarlison fərqləniblər. Perunun yeganə qoluna isə Gerrero imza atıb.
Braziliya yığması oyunun gedişində Qabriel Jezusun ikinci sarı vərəqə ilə meydandan qovulmasına baxmayaraq, yekunda qələbə hesabını qorumağı bacarıb.
Bu, Braziliyanın 12 il sonra qazandığı ilk Amerika Kuboku çempionluğudur.
Qeyd edək ki, turnirdə üçüncü yeri Çiliyə 2:1 hesabı ilə qalib gələn Argentina yığması tutub.