ÇıxışYolu.Com – Braziliyalı idmançı kütləvi davaya səbəb oldu

Baxış sayı: 3. 259 dəfə baxılıb.

ÇıxışYolu.Com - Braziliyalı idmançı kütləvi davaya səbəb oldu

Braziliyada ciucitsu üzrə keçirilən “BJJ Stars” turnirində Erbert Santuş adlı döyüşçü kütləvi davaya səbəb olub.

Bu barədə “BJJ Eastern Europe” xəbər yayıb.

Santuş turnirin finalında həmyerlisi Felipe Penya ilə qarşılaşıb. Döyüş zamanı Santuş diz nahiyəsini zədələyib. O, döyüşçü döşəyinin kənarına oturub, Penyanın sekundantı ilə mübahisə etməyə başlayıb.

Hakimin döyüşün bərpa olunması ilə bağlı çıxardığı qərardan sonra braziliyalı yerindən qalxaraq, tribunaya doğru atılıb və kütləvi dava düşüb. Hadisənin görüntüsü “Jiujitsustyle” “Instagram” səhifəsində yayılıb.

Braziliyalı ciucitsu çempionu kifayət qədər çılğın xarakteri ilə tanınır və bundan əvvəl iştirak etdiyi yarışlarda da dəfələrlə kütləvi davalara səbəb olub.