Bakı UEFA Avropa Liqasının final oyununu möhtəşəm təşkil etmişdi.
ÇıxışYolu.Com-ın məlumatına görə, bunu oyundan sonra Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.
Səfirin fikirləri Britaniyanın Azərbaycandakı Səfirliyinin sosial şəbəkə hesabında yerləşdirilib.
“Çelsi” klubunu təbrik edirəm, “Arsenal” üçün isə təəssüflənirəm. Möhtəşəm oyun oldu və hər iki komanda yaxşı nəticə üçün hər şeyi etdi. Final oyununun əla təşkil olunmasına görə Bakıya əhsən! Stadion dünya standartlarına cavab verir”, – səfir bildirib.
Xatırladaq ki, dünən Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma “Çelsi” klubunun 4-1 hesablı qələbəsi ilə başa çatıb.
Samir İsayev