ÇıxışYolu.Com – Bu da oldu: Bədii gimnastikada oğlan yarışır

Baxış sayı: 3. 008 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bu da oldu: Bədii gimnastikada oğlan yarışır

Qızlar arasında keçirilən bədii gimnastika yarışları oğlanlar arasında da keçirilə bilər.

ÇıxışYolu.Com xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası (FIG) bunu hələ təsdiqləməyib.

Amma FIG-in sabiq vitse-prezidenti, Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti, Rusiya milli komandasının baş məşqçisi özbəkistanlı İrina Viner-Usmanova oğlanların da qızlara məxsus bu yarışda iştirak etməsinin tərəfdarıdır.

Təqdim etdiyimiz video isə İspaniyada qeydə alınıb. Kristofer Benites İspaniyada keçirilən Reyna Kubokunda lentlə hərəkətlərdə çıxış edib.

Qeyd edək ki, ötən ilin sonlarında sinxron üzgüçülükdə kişilərin yarışına icazə verilib.

Beynəlxalq Üzgüçülük Federasiyası qarışıq cütlərin çıxış edə biləcəyini təsdiqləyib. Avqustda Tatarıstanın paytaxtı Kazanda keçiriləcək dünya çempionatında məhz kişilər sinxron üzgüçülükdə çıxış edə biləcək.

Səbuhi MUSAYEV