Türkiyənin Ətraf Mühitin Mühafizəsi və Şəhərsalma naziri Murad Kurum cümə namazı qılmaq üçün getdiyi məsciddə maraqlı hadisə ilə üzləşib.
“Haberglobal” xəbər verir ki, ön cərgədə namaz qılmaq istəyən nazirə “Bura Allahın evidir” deyən inanclı qoca yerini güzəştə getməkdən imtina edib.
Uzun illərdir bu məsciddə ibadət etdiyini deyən 75 yaşlı qoca AKP-dən olan millət vəkillərinə və nazirə ibadət evində belə hərəkətlərin yolverilməz olduğunu xatırladıb.