“Əlbəttə, istərdim ki, əvvəlki məğlubiyyətimin əvəzini çıxım. Amma alınmadı”
ÇıxışYolu.Com xəbər verir ki, bunu Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 79 kq çəki dərəcəsində gümüş medal qazanmış sərbəst güləşçimiz Cəbrayıl Həsənov deyib.
Üçqat Avropa çempionumuz, sərbəst güləş yığmamızın kapitanı amerikalı rəqibi Kayl Deykə dünya çempionatının finalında ikinci dəfə uduzmasından danışıb: “İlk yarıda ehtiyatlı güləşdim. Əsas gücümü ikinci üç dəqiqəyə qoymuşdum. Ancaq builki dünya çempionatınının finalında o məni öz güləşinə çəkdi. Ötən gün yarımfinal görüşündə qolumda ağrılar hiss etdim. Ona görə də iki dəfə yüzfaizlik xallar almaq şansını əldən verdim. Amerikalı mənimlə bu dəfə açıq güləşdi, tutaşıb güləşmədi, qaça-qaça güləşdi. Ona görə də öz güləşimi göstərə bilmədim”.
Səbuhi Musayev