“Çarli” ləqəbli gömrük iti narkotik qaçaqmalçılığının qarşısını alıb.
DGK-dan ÇıxışYolu.Com-a verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan xəbər əsasında Azərbaycan Respublikası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan “Mercedes-Benz C 180” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Bu zaman nəqliyyat vasitəsinin sərnişini olan Azərbaycan Respublikası vətəndaşının yükünə “Çarli” ləqəbli kinoloji xidmət iti reaksiya verib və çanta əsaslı yoxlanılıb.
Nəticədə çantanın tutacaq hissəsində iki ədəd uzunsov, qara polietilenə bükülü, xalis çəkisi 194.581 qram olan narkotik vasitə – tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.