Tərtər rayonunun Mamırlı kəndində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
ÇıxışYolu.Com-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən əməliyyat məlumatı əsasında rayon sakini Əli Həsənovun işlətdiyi çayxanaya və yaşadığı evə baxış keçirilib.
Oradan ümumi çəkisi 1 kq 400 qr marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.