ÇıxışYolu.Com – Çeçen erməni “qanuni oğru”nu Yerevanda öldürdü

Baxış sayı: 2. 509 dəfə baxılıb.

ÇıxışYolu.Com - Çeçen erməni "qanuni oğru"nu Yerevanda öldürdü

Çeçenistanın Qroznı şəhər sakini Yerevanda Andik Massivski, yaxud Ando Xromoy kimi tanınan “qanuni oğru” Andranik Arutyunyanı qətlə yetirib.

Bu barədə Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda deyilir.

Komitənin məlumatına əsasən, “qanuni oğru”nu Qroznının 32 yaşlı sakini öldürüb. O, iyunun 25-də Ermənistana gəlib və iyulun 3-ü saat 23:00 radələrində yaşayış binalarının birinin həyətində 45 yaşlı A.Arutyunyanı odlu silahla qətlə yetirib.

Rusiya vətəndaşı cinayət əməlini qanunsuz saxladığı tapança ilə törədib. Hazırda onun adı cinayət işində müttəhim qismində keçir.

09:41

Ermənistan polisi rusiyalını Yerevanda Andik Massivski kimi tanınan kriminal avtoritet Andranik Arutyunyanı öldürməkdə şübhəli bilir.

RİA Novosti” xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, aparılmış operativ-axtarış və istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Məlum olub ki, qətli 32 yaşlı Rusiya vətəndaşı törədib.

Yerevanın 50 yaşlı sakini ona cinayət əməlində yardım edib. Paytaxt sakini saxlanılıb. Hüquq-mühafizə əməkdaşları şübhəlini və cinayətin törədildiyi silahı axtarır.

Xatırladaq ki, A.Arutyunyan iyulun 2-də Yerevan ətrafında güllələnib. “Qətl” və “qanunsuz silah saxlama və daşıma” maddələri üzrə cinayət işi qaldırılıb. Sözügedən maddələr üzrə maksimum cəza 15 il azadlıqdan məhrum etməni nəzərdə tutur.