Bakıda UEFA Avropa Liqasının qalibi olan “Çelsi”nin mükafatlandırma mərasimindən sonra paltardəyişmə otağında sevincli anlarını əks etdirən görüntülər yayılıb.
ÇıxışYolu.Com xəbər verir ki, “Çelsi”nin rəsmi TV kanalında yayımlanan görüntülərdə “zadəganlar”ın qələbəni pivə içərək qeyd etdiyi görünür.
Bunların içərisində ən fəalı isə “Arsenal”ın sabiq futbolçusu Olivye Jirudur. 49-cu dəqiqədə hesabı açmış və bununla da cari mövsüm Avropa Liqasının 11 qolla bombardiri olmuş fransalı forvard pivəni kuboka tökdürərək onu içir.
Qeyd edək ki, dünən “Çelsi” “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək bu kuboku ikinci dəfə başı üzərinə qaldırıb.
Səbuhi MUSAYEV