Hər zaman fərqli və bahalı maşınlar idərə edən Türkiyənbin məşhur komediya ustası, aktyor Cem Yılmaz bu dəfə də ənənəsinə sadiq qalıb.
Aktyor ev qiyməti dəyərində özünə motosiklet alıb.
Bahalı avtomobillər sürməyi sevən aktyorun son “oyuncağı”nın qiyməti 245 bin TL (72 min manat – red.) olan “Honda Goldwing GL1800 DCT” model lüks motosikletdir.
Sevgilisi müğənni Dəfnə Samyelidən ayrılan, “Karakomik” filmində istədiyi nəticəni əldə edə bilməyən komediya ustası bahalı motosikleti özünə hədiyyə edib.
Qeyd edək ki, Cem Yılmaz hər zaman ən bahalı avtomobilləri ilə gündəmdə olub.
Son olaraq “Mercedes”in “AMG GT S” modelinə iki milyon lirə (591 min AZN – red.) pul ödəyib. Cem Yılmaz Türkiyədə “Mercedes”in bu modelini sürən ilk insan olub.
Sevinc Yasinqızı