ÇıxışYolu.Com - Ceniffer Lopes Toronto Fim Festivalında göz qamaşdırdı

ÇıxışYolu.Com – Ceniffer Lopes Toronto Fim Festivalında göz qamaşdırdı

Baxış sayı: 2. 067 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ceniffer Lopes Toronto Fim Festivalında göz qamaşdırdı

Sentyabrın 7-də Venesiya Kinofestivalı bağlandıqdan sonra populyar simalar başqa bir kino bayramına – Toronto Beynəlxalq Film Festivalına axın ediblər. 

Ötən gecə – film nümayişlərinin üçüncü günü “Striptiz” filminin premyerası olub. Ekran əsərində Cennifer Lopez də rol alıb.  O, keçmiş Wall Street müştərilərindən qisas almağa qərar verən rəqqasələrdən birini   canlandırıb. Cey Lo qırmızı xalçada geyimi ilə gecəyə damğasını vurub. 

Dünyaşöhrətli müğənni məşhur “Maison de Couture” brendinin sarı rəngli dərin sinə dekolteli libası ilə festivala rəng qatıb. Ulduz ifaçı geyim kombinini yüksək topuqlu gümüşu səndəllər, par-par yanan yüz dollarlıq əskinas printli kiçik çanta ilə tamamlayıb.

Axşam saatlarında təşkil olunan “Hollywood Reporter” partisinə isə Cennifer Lopez tünd qırmızı rəngdə, dərin sinə dekolteli uzun, üzəri par-par yanan kiçin pulcuqlarla bəzədilən əlbisə ilə qatılıb. Onun ayağında eyni rəngdə hündürdaban stiletto olub. Müğənni əlinə kiçik çanta alıb. Bir sözlə, məşhur ulduz görünüşü ilə görənləri heyran qoyub.

Rəşad Əliyev