ÇıxışYolu.Com - Cennifer Lopez təcavüz qurbanı olduğunu etiraf etdi

ÇıxışYolu.Com – Cennifer Lopez təcavüz qurbanı olduğunu etiraf etdi

Baxış sayı: 1. 960 dəfə baxılıb.

Hollywood Reporter” dərgisi ekranların və səhnənin altı ulduzunu bir fotoya sığışdırıb.

52 yaşlı Lora Dern, 34 yaşlı Skarlett Yohansson, 50 yaşlı Renee Zellveger, 31 yaşlı Aquafina, 36 yaşlı Lupita Niongo və 50 yaşlı Cennifer Lopez fotosessiyada iştirak edərək, şou-biznesdəki həyatlarını müzakirə ediblər.

Cey Lo həmsöhbətlərinə bir dəfə təcavüz qurbanı olmasından danışıb. Aktrisa filmdə çəkilməyə hazırlaşarkən, rejissorla görüşlərin birində ondan “toples” çəkilməsini xahiş edib. Pop ulduz əvvəlcə qorxduğunu etiraf edib və sonra Bronksda böyüyən bir qızın etməli olduğu işi etdiyini dilə gətirib.

ÇıxışYolu.Com - Cennifer Lopez təcavüz qurbanı olduğunu etiraf etdi

“Rejissor sinəmi görmək istədi və mən söylədim: “Xeyr! Biz çəkiliş meydançasında deyilik”. Özümü qoruya bildim. Yadımdadır, o anda çox qorxmuşdum. Yeri gəlmişkən, yanımızda bir kostyum dizayneri də var idi. Xoşbəxtlikdən, mən Bronksdanam, buna görə də qətiyyətli bir cavab verə bildim”, – deyə Lopez xatirələrini bölüşüb.

ÇıxışYolu.Com - Cennifer Lopez təcavüz qurbanı olduğunu etiraf etdi

Lopez “Striptiz oynayan qızlar” ekran işinin çəkilişlərində üzləşdiyi çətinliklərində də danışıb.

Renee Zellveger isə kinodakı işlərindən danışaraq, hər layihədə həvəskar kimi görünməkdən qorxduğunu açıq şəkildə etiraf etdi.

ÇıxışYolu.Com - Cennifer Lopez təcavüz qurbanı olduğunu etiraf etdi

“Özünü başqa adam kimi təqdim etmək sindromu diqqətdən kənarda qalır. Deyəsən, hamı sizin saxta olduğunuzu təxmin edəcək və sizi işdən qovacaq”, – deyə “Cudi” filminin ulduzu söyləyib.

 

ÇıxışYolu.Com - Cennifer Lopez təcavüz qurbanı olduğunu etiraf etdi

 

(Skarlett Yohansson)

 

ÇıxışYolu.Com - Cennifer Lopez təcavüz qurbanı olduğunu etiraf etdi

 

(Lora Dern)

 

ÇıxışYolu.Com - Cennifer Lopez təcavüz qurbanı olduğunu etiraf etdi

 

(Aquafina)

 

ÇıxışYolu.Com - Cennifer Lopez təcavüz qurbanı olduğunu etiraf etdi

(Lupita Niongo)

Rəşad Əliyev