Çinin şərqində, Tsyansu əyalətində yerləşən kimya zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində altı nəfərin həlak olduğu, 30 nəfərin yaralandığı bildirilir.
Bu haqda “RİA Novosti” yerli rəsmilərə istinadən məlumat yayıb.
Əraziyə xeyli sayda yanğınsöndürən və təcili tibbi yardım dəstələri göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara təxliyə olunub.
Texnogen qəzanın səbəbi barədə məlumat verilmir.
Partlayış dalğası o qədər güclü olub ki, Çinin seysmoloji agentliyi 14:48 radələrində 2,2 bal gücündə zəlzələ qeydə alıb.