ÇıxışYolu.Com – Çində kuryoz hadisə: Bəyin keçmiş sevgilisi gəlinlikdə toya gəldi

Baxış sayı: 2. 751 dəfə baxılıb.

ÇıxışYolu.Com - Çində kuryoz hadisə: Bəyin keçmiş sevgilisi gəlinlikdə toya gəldi

Çində bəyin keçmiş sevgilisi onun toyunu alt-üst etməyə çalışıb.

Videogörüntü “Daily Mail” nəşrində dərc olunub.

Videoçarxda toya gəlinlik paltarında gələn həmin qadın bəyin qarşısında diz çökərək, “Bu, mənim səhvim idi!” deyə car çəkib. O, mənzərədən hiddətlənmiş gəlinin gözləri qarşısında bəyin ona qayıtması üçün yalvar-yaxar edib.

“Gəlin” məhz cütlüyün öpüşməli olduğu anda müdaxilə edib. Həqiqi gəlin gördüklərinə dözə bilməyərək, onlardan uzaqlaşmağa üstünlük verib.

Çinli bəy sonradan bildirib ki, toyda hay-həşir salan keçmiş sevgilisindən məhz xasiyyətinə görə ayrılıb. Bəy onun toyuna gəlməsindən şoka düşüb.

Toyun tamadası vəziyyəti xilas etmək üçün, “Sevgi – həyatını başqasına həsr etmək deməkdir”, – deyə məşhur atalar sözünü səsləndirib. Ancaq bununla əksinə, alova yağ tökmüş olub. Gəlin və qohumlarını özlərindən çıxarıb.

Çinin “Weibo” sosial şəbəkəsində “gəlin” bu hərəkəti ilə tənqid atəşinə tutulub.