Oktyabrın 31-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Addams ailəsi” filminin nümayişinə başlanılır.
Böyük Britaniya, Kanada və ABŞ istehsalı olan “Addams ailəsi” animasiya filminin rejissorları A Qreq Tirnan və Konrad Vernondur. Rollarda Şarliz Teron, Finn Vulfard və Xloya Qreys Moretz çəkiliblər. 105 dəqiqəlik filmin yaş həddi “12+”dur.
Animasiya film haqqında qısa məlumat: Bu, Addams ailəsidir. Ata pis havalarda gəzintini sevir. Ana hesab edir ki, qara ən parlaq rəngdir. Uşaqların ən yaxşı oyun yeri qəbiristanlıqdır. Nənə isə hər gecə yatmamışdan öncə 1-2 damcı zəhər içir. Siz hələ də qohumlarınızın qəribə olduğunu düşünürsünüz? O zaman Addams ailəsi ilə tanış olun.
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından əldə edə bilərsiniz:
Mobil tətbiqdən: IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün linklər aşağıdakılardır:
Daha ətraflı məlumatı sosial şəbəkələrdəki səhifələrdən və 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.