ÇıxışYolu.Com - “CinemaPlus”da dünya bestsellerinin nümayişi keçirilir

ÇıxışYolu.Com – “CinemaPlus”da dünya bestsellerinin nümayişi keçirilir

Baxış sayı: 2. 576 dəfə baxılıb.

“CinemaPlus” premium kinoteatrlar şəbəkəsi dünya bestsellerinin əsasında çəkilmiş və 2019-cu ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar dublyaj olunmuş “Tim Taler və ya Satılmış gülüş” ailəvi filminin nümayişlərinə başlayıb.

Dublyajın redaktoru və tərcüməçisi Vüqar Hüseynov, rejissor Kamal Yaşar, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Əlisəttar Quliyev, baş prodüser Cəfər Axundzadədir.

Filmi Aqil M.Quliyev, Əlixan Rəcəbov, Çiçək Abbasova, Toğrul Rza və Vüsal Hacıqə səsləndirib.

Filmin rejissoru Andreas Drezendir.

Qısa məlumat: Tim Taler adlı uşaq həyatda ən çox gülməyi sevirdi və gülüşü dəhşətli dərəcədə keçici idi. Bir gün Tim at yarışları zamanı qəribə kişi ilə tanış olur, o, Timə maraqlı sövdələşmə təklif edir: Tim ona öz gülüşünü satır və bundan sonra o, bütün mərcləri udacaq…

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və sizi kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.