Futbol üzrə UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.
Bu qarşılaşmalardan sonra ÇL-də II təsnifat mərhələsinə yüksələn ilk 6 komanda bəlli olub.
Bu sevinci “Nomme Kalyu”, “Saburtalo”, HİK, “Valletta”, TNS və “Srvena Zvezda” klubları yaşayıb.
Qeyd edək ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi olan “Qarabağ”ın Albaniyanın “Partizani” klubu ilə cavab oyunu iyulun 17-də baş tutacaq.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsinin cavab oyunları
16 iyul
“Şkendiya” (Makedoniya) – “Nomme Kalyu” (Estoniya) – 1:2 (İlk oyun – 1:0)
Qollar: İbrahimi, 62-pen – Ugge, 6. Liliu, 90+1.
“Saburtalo” (Gürcüstan) – “Şerif” (Moldova) – 1:3 (3:0)
Qollar: Roloviç, 59 – Latif, 3. Marqelaşvili, 8-öz qapısına. Rambe, 11.
“HB Torshavn” (Farer adaları) – HİK (Finlandiya) – 2:2 (0:3)
Qollar: Pingel, 17. Andersen, 56 – Riski, 60; 77.
“Valletta” (Malta) – “Düdelanj” (Lüksemburq) – 1:1 (2:2)
Qollar: Fontanella, 35 – Pokar, 59.
“Ferronikeli” (Kosovo) – TNS (Uels) – 0:1 (2:2)
Qol: Ebbe, 67.
“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) – 2:1 (0:0)
Qollar: Boakye, 4. Marin, 29 – Topçaqiç, 90+6.