ÇıxışYolu.Com - “Coca-Cola” sahibkarı məhkəməyə verdi

ÇıxışYolu.Com – “Coca-Cola” sahibkarı məhkəməyə verdi

Baxış sayı: 2. 248 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Coca-Cola” sahibkarı məhkəməyə verdi

Azərbaycanda tanınmış şirkət sahibkarı məhkəməyə verib.

ÇıxışYolu.Com xəbər verir ki, iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Azərbaycan Coca-Cola Bottlers Limited” MMC sahibkar Gündüz Əliyev barəsində tələb irəli sürüb.

İddia tələbində qeyd edilib ki, tərəflər arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən, əvəzsiz istifadəyə verilmiş soyuducunun dəyərinin iki misli həcmində, yəni 4000 manat, digər müqaviləyə görə, 691 manat cavabdehdən tutulmalıdır.

Məhkəmə iddianı təmin edib və 691 manat, 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh G.Əliyevdən tutularaq iddiaçı “Azərbaycan Coca-Cola Bottlers Limited” MMC-yə ödənilməsi barədə qərar çıxarıb.