ÇıxışYolu.Com - Çörəkdən daha çox satılan enerji içkiləri zərərlidirmi?

ÇıxışYolu.Com – Çörəkdən daha çox satılan enerji içkiləri zərərlidirmi?

Baxış sayı: 2. 722 dəfə baxılıb.

ÇıxışYolu.Com - Çörəkdən daha çox satılan enerji içkiləri zərərlidirmi?

O qədər təlabat var ki, marketlərdə belə tapmaq olmur.  Qida rasionumuzun ən başında dayanan çörəkdən daha çox satılır. Söhbət bir çoxlarının isti yay günlərində sərinləmək və susuzluğu yatırmaq üçün qəbul etdikləri enerji içkilərindən gedir.

Enerji içkilərinin tərkibində olan maddələr bədəndə qan dövranının sürətlənməsini, mərkəzi sinir sistemində hormonların və insulinin ifrazını stimullaşdırır. Nəticədə enerji içkiləri xüsusən yeniyetmə və gənclərdə orqanizmin daxili ehtiyat qüvvəsinin daha tez tükənməsinə səbəb olur. 

Marketoloqlar deyir ki, sözügedən enerji içkilərinin çox satılmasına səbəb insanların diqqətini çəkən reklam çarxlarıdır. Marketoloq Cavid Mövludov ÇıxışYolu.Com-a açıqlamasında bildirir ki, sosial şəbəkələrdə güclü və aktiv olmaq üçün sözügedən içkilərdən qəbul etmək tövsiyyə edilir:

 “Bu növ içkilərin güclü reklam siyasəti var. Marketlərdə soyuducuları olsa da içində içki olmur. Çünki, çorəkdən daha çox satılır”.

Həkimlər hesab edir ki, sözügedən içkilərdən istifadə edilməməsini demək düzgün olmaz. Təklif edilən normadan və orqanizmin xüsusiyyətlərindən artıq qəbul edilən bu içkilər müxtəlif xəstəliklərin başlanğıcı ola bilər. 18 yaşdan aşağı şəxslərə, yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə istifadəsi tövsiyə olunmasa da, bəzən yaşı 7-8 olan azyaşlıların əlində bu növ içki qutularını görmək mümkündür. 

Əslində susuzluqu yatırmaq üçün istifadə edilən enerji içkiləri suya olan tələbatı artırır. Mütəxəssislər sağlam orqanizmdə xəstəlik yaratmamaq üçün sözügedən içkilərdən norma daxilində istifadə etməyi məqsədəuyğun hesab edirlər. 

Tehran Orucoğlu