ÇıxışYolu.Com – Cüdoçu qızlarımız Sloveniyadan 6 medalla gəlirlər

Baxış sayı: 2. 282 dəfə baxılıb.

ÇıxışYolu.Com - Cüdoçu qızlarımız Sloveniyadan 6 medalla gəlirlər

Sloveniyanın Qradeç şəhərində cüdo üzrə “Koroşka” açıq beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizin qadın cüdoçuları da iştirak edib.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 40 kq çəki dərəcəsində yarışan Aydan Vəliyeva və 52 kq çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva bütün rəqiblərinə qalib gələrək nüfuzlu turnirdə çempion olublar.

Şahməmmədova Nigar (44 kq), Məmmədova Zeynəb (52 kq), Qardaşxanlı Aytac (57 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüblər.

+70 kq çəkidə çıxış edən Nərmin Əmirli isə beynəlxalq turnirin bürünc medalını qazanıb. Sloveniya yarışında 23 ölkədən 530 cüdoçu mübarizə aparıb.