ÇıxışYolu.Com – Cütlük vaxtından əvvəl təqaüdə çıxdı və milyonçu oldu

Baxış sayı: 4. 037 dəfə baxılıb.

ÇıxışYolu.Com - Cütlük vaxtından əvvəl təqaüdə çıxdı və milyonçu oldu

ABŞ-ın San-Fransisko şəhərindən olan evli cütlük vaxtından əvvəl təqaüdə çıxmaq qərarına gəlib və iki milyon dollardan (3 milyon manatdan çox) çox pula qənaət edib. 

İki övladı olan 41 yaşlı Kristina və 39 yaşlı Amon Brouninq səriştəli sərmayələr, tutumlu xərclər və taksi sürücülüyü ilə çox miqdarda pul yığdıqlarını etiraf ediblər.

Şəhər layihələndirilməsi işində çalışan cütlük ildə 98 min (166 min manat) və 70 min dollar (119 min manatdan çox) qazanırdı.

Amon on illik iş təcrübəsinə görə mükafat alarkən 2011-ci ildə vaxtından əvvəl təqaüdə çıxmaq istədiyini anlayıb. O, bu düşüncəyə eyni mərasimdə 40 illik iş təcrübəsinə görə mükafat alan kişini gördükdən sonra gəlib. Belə ki, Amon illərlə işlədikdən sonra qarşılığında bir kağız parçası alacağını dərk edib və həyatdan daha çox gözləntisi olduğuna qərar verib.

Bu haqda həyat yoldaşına danışan ər dəstək aldıqdan sonra onlar birlikdə 10 illik plan hazırlayıb. Bu illər ərzində cütlük heç kimdən asılı olmayacaqları qədər pul yığmalıdır. Bu hesabla cütlük 2021-ci ildə təqaüdə çıxmalıdır.

Bütün həyat şərtlərini planlaşdıraraq illərlə qənaət edib müxtəlif işlərdə işləyən ailə məqsədinə iki il tez, 2019-cu ildə çatıb. Hazırda onlar təqaüdə çıxıb və Portuqaliyada yaşayır. Aylıq xərcləri təqribə 4,5 min dollar (9 min manata yaxın) tutur. Onlar burada uşaqları ilə birgə idmanla məşğul olur, fərqli dillər öyrənir və səyahət edirlər.