ÇıxışYolu.Com – Damla: Parça-parça olarsan, tikən belə tapılmaz

Baxış sayı: 4. 592 dəfə baxılıb.

ÇıxışYolu.Com - Damla: Parça-parça olarsan, tikən belə tapılmaz

Müğənni Damla “Çamadan” adlı mahnısına çəkilmiş klipinin təqdimat mərasimini keçirib.

ÇıxışYolu.Com xəbər verir ki, Damla Türkiyənin İstanbul şəhərində çəkilən ekran işini rejissor İrem Haykıra həvalə edib.

Klip ötən gündən etibarən “Youtube”da paylaşılıb. Sənətçinin yeni işi artıq 230 mindən çox baxış sayı toplayıb.

Damlanın bundan öncə təqdim etdiyi “Kabus” adlı bəstəni də İrem Haykır ekranlaşdırıb. Klip üç ay ərzində üç milyondan çox izlənilib.

Sənətçi ətrafındakı dedi-qodulara ÇıxışYolu.Com vasitəsilə aydınlıq gətirib.

“Kənardan, yəqin, çox təhlükəli görünürəm. Kimisə alçaldaraq, kimisə əzərək zirvəyə qalxmaq ən iyrənc üsuldur. Bunları edərək, ağzı üstdə gələrsən yerə, parça-parça olarsan, tikən belə tapılmaz. Allah o qədər ədalətdir ki… Allah heç kəsin ahını yerdə qoymaz. Bunlara görə mən hər məqamda, hər mövzuda həssasam. Hər şeyə çox diqqətlə yanaşıram”.

Rəşad Əliyev

VİDEO: 
Hüseyn Həsənov