Müğənni Damla iştirak etdiyi el şənliklərin birində qorxu dolu anlar yaşayıb.
ÇıxışYolu.Com xəbər verir ki, Gürcüstanın Borçalı mahalında həmyerlilərimizin toyunda Damla mahnı ifa edərkən qəflətən yanındakı şəxs silahdan havaya bir neçə dəfə atəş açıb.
Açılan atəşin səsindən hürkən Damla mahnısını yarımçıq dayandıraraq, qorxudan səhnənin kənarına çəkilib. Bütün bunlara rəğmən, Damlanın yanında duran digər ifaçı oxumağa başlayıb, məclis isə öz axarı ilə davam edib.
Qeyd edək ki, bu, Damlanın başına gələn ilk hadisə deyil. Bundan bir müddət öncə Damla toyların birində çıxış edərkən də qonaqlardan biri əlinə silah alaraq atəş açmağa başlamışdı.
Rəşad Əliyev