Danimarkada bu gün parlament seçkiləri baş tutacaq.
TASS xəbər verir ki, seçkilər ölkənin Milli bayramı günü – Konstitusiya gününə təsadüf edib.
29 gün sürən seçkiqabağı təbliğatdan sonra danimarkalılar nəhayət öz fikirlərini bildirəcəklər.
179 deputat mandatı üçün 13 partiyanın 900-dən çox namizədi mübarizə aparacaq. İctimai rəy sorğuları göstərir ki, sol mərkəz blokunun mandatların əksəriyyətini əldə etməyə daha çox şansı var.
Seçki məntəqələri yerli vaxtla saat 9:00-da açılacaq.