ÇıxışYolu.Com - Daşlar üzərində sənət əsərləri yaradan rəssam

ÇıxışYolu.Com – Daşlar üzərində sənət əsərləri yaradan rəssam

Baxış sayı: 2. 711 dəfə baxılıb.

Rəsm çəkmək üçün sevgi və istək olandan sonra onu nəyin üzərində əks etdirdiyiniz önəmli deyil. Məncə, incəsənət hər yerdədir. Bunun üçün mütləq kətana, yaxud vərəqə ehtiyac yoxdur. Yarpağın, geyimlərin, çantaların, taxta və şüşələrin, hətta daşların üzərində də gözəlliklər yaratmaq mümkündür.

Bu sözləri ÇıxışYolu.Com-a müsahibəsində Azərbaycanın istedadlı gənclərindən olan, rəssam Gülnar Babayeva deyib. 

O, 1997-ci ildə anadan olub, hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsidir. Geyim, çanta, broşlar, boyunbağılar üzərində rəsm əsərləri çəkib, əl işlərini “Instagram”da öz səhifəsində paylaşır.

ÇıxışYolu.Com - Daşlar üzərində sənət əsərləri yaradan rəssam

Onun kağız üzərində rəsm əsərləri çəkməyə həvəsi uşaq yaşlarından yaranıb, daha sonra digər kontentlərdə də fəaliyyətini davam etdirib:

“Məncə, sırf bir tərz üzərinə fokuslanmaq düzgün deyil. Rəssamlıq geniş məzmunlu sahədir. Fərqli kontentlər üzərində rəsmlər çəkirəm.

ÇıxışYolu.Com - Daşlar üzərində sənət əsərləri yaradan rəssam

Sadə daşları boyayıb, onları gözəl nələrəsə çevirmək maraqlıdır. Bu işə iki il öncə başladım. Satış məqsədim yox idi, əl işlərimi paylaşmağı düşünürdüm. Bir müddət sonra əl işlərimi almaq üçün müraciət edən şəxslər ortaya çıxdı və sayları artdı. Düşündüm ki, artıq satış məqsədli paylaşımlar etməyin vaxtıdır”, – o deyir.

ÇıxışYolu.Com - Daşlar üzərində sənət əsərləri yaradan rəssam

Gənc rəssam yaradıcılıq prosesini belə təsvir edir:

“Öncə təsvir üçün uyğun daş tapıram. Hamar və çox da böyük olmayan daşlara üstünlük verirəm. Sərf edilən vaxt təsvirdən asılı olaraq dəyişir. Yarım saat, bir neçə saat və günlərimi alan təsvirlər olur. Təsvir çəkildikdən sonra daha parıltılı və dözümlü olmağı üçün üzərinə şəffaf lak vururam. Daha çox mənzərə və təbiət rəsmləri çəkməyi sevirəm”.

ÇıxışYolu.Com - Daşlar üzərində sənət əsərləri yaradan rəssam

O, insanların onun işlərini bəyənməsi və dəyər verməsi ilə ilhamlanır.

Gələcək planlarına gəldikdə isə o, işini böyüdüb inkişaf etdirməyi düşünür.

ÇıxışYolu.Com - Daşlar üzərində sənət əsərləri yaradan rəssam
ÇıxışYolu.Com - Daşlar üzərində sənət əsərləri yaradan rəssam

Nəzrin Həsənova