Şineyd O`Konnor uzun müddət fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısına başı bağlı formada, hicabla çıxıb.
ÇıxışYolu.Com xəbər verir ki, irlandiyalı müğənni həm “Late Late Show”da çıxış edib, həm də jurnalistlərin suallarını cavablandırıb.
52 yaşlı rok ulduzu televiziya kameralarının önünə qırmızı rəngdə ənənəvi müsəlman paltarında çıxıb.
Şineyd bir il əvvəl inancını dəyişib. 2017-ci ildə “Facebook”da Konnor bipolyar pozğunluqdan əziyyət çəkdiyini etiraf edən bir video yayımlayıb, yaxınlarının onun yanına gəlməsini istəmişdi.
Bir neçə aydan sonra müğənni adını dəyişib Maqda Davitt qoydu. Ad dəyişimindən sonra ona yenə də Şineyd kimi müraciət edənlərə isə “savadsız axmaqlar” demişdi.
Sonra sənətçi müsəlman olduğunu yazıb, özünə Şuhada adlandırmışdı.
Rəşad Əliyev