ÇıxışYolu.Com – Doqquz il oynadığı klubu belə tərk etdi, hörmətsizlikdə günahlandırıldı

Baxış sayı: 2. 228 dəfə baxılıb.

ÇıxışYolu.Com - Doqquz il oynadığı klubu belə tərk etdi, hörmətsizlikdə günahlandırıldı

İngiltərənin “Arsenal” klubundan “Bordo”ya keçən Loran Kosyelninin hərəkəti Britaniyada birmənalı qarşılanmayıb.

ÇıxışYolu.Com xəbər verir ki, polyakəsilli fransalı mərkəz müdafiəçisi əvvəl London klubunun ABŞ-dakı təlim-məşq toplanışına qatılmaqdan imtina edib.

Daha sonra onun dünən 4,5 milyon funta “Bordo” klubuna transfer olduğu açıqlanıb. Lakin futbolçu təqdimatı zamanı doqquz il çıxış etdiyi “Arsenal”ın formasını çıxararaq, “Bordo” forması geyinməsi hörmətsizlik kimi qiymətləndirilib.

1991-1998-ci illərdə “Arsenal”ın hücumçusu olmuş İan Rayt buna görə sərt şəkildə Kosyelnini tənqid edib. Hazırda “BBC Sport” və “ITV Sport” telekanallarında ekspert kimi çalışan Rayt bunu “Arsenal”a “hörmətsizlik” adlandırıb:

“Bu hərəkət adamı incidir. Hörmətsizlik göstəricisidir. Sən doqquz ildən sonra tərk etdiyin klubdan belə getdiyinə görə utanmalısan. “Arsenal”da istədiyinə nail oldun və hələ də qazanmağa davam edirsən”.

Bundan başqa, sosial şəbəkələrdə “Arsenal” azarkeşləri də sabiq futbolçularını bu hərəkətinə görə sərt şəkildə qınayıb.

Qeyd edək ki, “Arsenal” da Loran Kosyelniyə klubun məşqlərinə qatılmadığı üçün sanksiya tətbiq etməyə çalışırdı. Ancaq “topçular”la bir illik müqaviləsi qalmış futbolçu “jirondistlər”ə keçidi zamanı kompensasiya ödədiyindən, buna ehtiyac qalmayıb.

Səbuhi Musayev