Məşhur müğənni Ed Şiran yaşadığı ərazidə özü və ailəsi üçün “Nuh” gəmisi tikdirir.
ÇıxışYolu.Com xəbər verir ki, bir neçə il əvvəl 28 yaşlı musiqiçi böyüdüyü Framlingem şəhəri yaxınlığında bir əmlak əldə edib.
Ed “Nuh” gəmisini öz ərazisində tikmək üçün bölgənin idarəetmə şirkəti olan Şərqi Suffolk Şurasından icazə alıb.
Müğənninin ərizəsini görən insayderlərlər tikəcəyi obyektin nə olduğunu və nəyə görə buna ehtiyac duyulduğu barədə mediaya məlumatlar sızdırıblar.
Belə ki, obyektin planına əsasən, bu, Edin ailəsinin gizlilik, şəxsi duaları üçün və vacib ehtiyaclarını ödəyəcək bir bina olacaq. Bina “Nuh”un gəmisinə bənzəyən şəklində inşa ediləcək.
Rəşad Əliyev