ÇıxışYolu.Com - Dünya ulduzları geyimləri və səhnə şouları ilə bərq vurdular

ÇıxışYolu.Com – Dünya ulduzları geyimləri və səhnə şouları ilə bərq vurdular

Baxış sayı: 2. 988 dəfə baxılıb.

ÇıxışYolu.Com - Dünya ulduzları geyimləri və səhnə şouları ilə bərq vurdular

ABŞ-ın Las-Veqas şəhərində “Billboard Music Awards 2019” nüfuzlu musiqi mükafatlandırma mərasimi baş tutub. 

Super gecənin qonaqları da super ulduzlar olub. Məşhur müğənnilərin, aktyorların və dizaynerlərin axın etdiyi gecədə yaşanan ən maraqlı anlar paparassilərin kamerasına həkk olunub.

Teylor Svift, ötən həftə Azərbaycanda solo konsert proqramı ilə çıxış edən epotajlı rep ifaçısı Kardi Bi, Sofi Terner, Siara və digər ulduzlar qırmızı xalı üzərindən keçərək, göz qamaşdıran səhnə geyimləri ilə cəsarətli pozlar veriblər. 

Kardi Binin qırmızı xalıda göstərdi seksual şou isə görənləri təəcübləndirib. O həmkarı ilə kameralar önündə öpüşüb. 

Gecənin aparılığını Kelli Klarksona həvalə ediblər. Musiqi ziyafətində BTS, Halsey, Ariana Qrande, Taylor Svift və dünyaşöhrətli ifaçı Madonna çıxış edib. 

Taylor Svift ilə Brendon Urienin dueti şou gələn tamaşaçıları heyran qoyub. Onların səhnədə göstərdikləri perfomans gecəyə əlavə rəng qatıb. 

Dünyaca məşhur ifaçı Madonnanında ehtiraslı səhnə şousu tamaşaçıların diqqətini çəkib. Ulduz səhnədə Maluma ilə “Medellin” mahnısını səsləndirib.

Madonna möhtəşəm perfomansı üçün beş milyon dollar pul xərcləyib. Dijital effektlərlə dolu şouda səhnədə dörd “Virtual Madonna” görünüb.

Qeyd edək ki, Madonna ilə Maluma oxuduqların mahnıya bir neçə həftə öncə ekran həyatı verib.

Rəşad Əliyev