İngiltərədə yayımlanan “Master Chef” proqramının münsifi, dünyaca məşhur aşpaz Qeri Rodos vəfat edib.
Oxu. Az xəbər verir ki, Dubayda vəfat edən 59 yaşlı aşpazın ölümü ilə bağlı xəbəri ailəsi məlumat yayıb.
Məşhur aşpazın ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, 2007-ci ildə Dubaya köçən Rodos orada dünya səviyyəsində tanınan dörd restoranın baş aşpazlığını həyata keçirirdi.
Sevinc Yasinqızı