“Forbes” jurnalı 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb.
100 nəfərin arasından ilk yeri Almaniyanın kansleri Angela Merkel tutub.
İkinci yerə BVF-nin direktoru Kristin Laqard layiq görülüb.
Üçüncü yerə isə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi seçilib.
Jurnalın məlumatına görə, 2019-cu ilin ən nüfuzlu qadınları arasında son yeri İsveç ekoaktivisti Qreta Tunberq tutub.