“Dünyanın ən yaxşı müəllimi” seçilən keniyalı keşiş Piter Tabiçiyə bir milyon dollarlıq mükafat verilib.
BBC-nin yaydığı məlumata görə, mükafatlandırma mərasiminə Dubayın vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Al Məktum da qatılıb.
Piter Tabiçi 36 yaşındadır. O, Keniyada kənd orta məktəbində təbiət fənlərini tədris edir.
P.Tabiçi maaşının böyük hissəsini kasıblara ayırır.
Bildirək ki, 2015-ci ildən başlayaraq hindistanlı biznesmen Sanni Varkeyin xeyriyyə fondu “dünyanın ən yaxşı müəllimi” titulunun təqdim edilməsinə start verib. Fondun maliyyələşməsini mükafatı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum öhdəsinə götürüb.
Tabiçi 10 min müraciət arasından seçilib.