ÇıxışYolu.Com - Eldar Qasımov “Məsafələr”ə klip çəkdirdi

ÇıxışYolu.Com – Eldar Qasımov “Məsafələr”ə klip çəkdirdi

Baxış sayı: 3. 332 dəfə baxılıb.

ÇıxışYolu.Com - Eldar Qasımov “Məsafələr”ə klip çəkdirdi

Azərbaycana Avroviziya sevinci bəxş edən müğənni Eldar Qasımov “Məsafələr” adlı mahnısını ekranlaşdırıb.

ÇıxışYolu.Com xəbər verir ki, sözləri Nurlana İbadullayeva, musiqisi isə Eldarın özünə aid klipin rejissoru İlkin Şirinlidir.

Ekran işini təqdim etməzdən öncə Eldar Qasımov mahnını məclisinə toplaşanlar üçün canlı ifa edib. Daha sonra sənətçi həm mahnı, həm də çəkdirdiyi klipin pərdəarxası məqamlarından danışıb, etiraflar edib.

“Məsafə münasibətlər üçün bir imtahandır. Sevgi böyüdükcə məsafələr azalır. Çəkiliş iki məkanda – Xəzər dənizinin sahilində və Xızı dağlarında baş tutub. Onu da bildirim ki, hava çox soyuq idi. Dəniz və dağı seçməyimiz heç də əbəs yerə deyil. Çünki hər ikisini aşıb keçmək çox çətindir. Amma əsl sevgi heç bir məsafə tanımır.

Dəniz nə qədər böyük, su nə qədər çox olsa, dağlar nə qədər hündür olsa da, əsl sevgi bunların heç birinə təslim ola bilməz. Məsafələr əsl sevgi qarşısında acizdir”.

Rəşad Əliyev