ÇıxışYolu.Com - Eldar Qasımovun yeni görkəmi görənləri şoka saldı

ÇıxışYolu.Com – Eldar Qasımovun yeni görkəmi görənləri şoka saldı

Baxış sayı: 1. 935 dəfə baxılıb.

2011-ci ildə Azərbaycana “Avroviziya” sevinci bəxş edən müğənni Eldar Qasımov xarici görünüşündə etdiyi dəyişikliklə gündəmə gəlib.

ÇıxışYolu.Com xəbər verir ki, Eldar saçlarını bu dəfə qısa kəsdirərək, onları yaşıl rəngə boyadıb. “İnstagram” hesabında yeni tərzdə foto paylaşan Qasımov yaşıl rəngli saçlarını “səməniyə” bənzədib: 

“El-obamıza hələ heç yeni il gəlib çatmayıb, başımda isə artıq səməni bitməkdədir”.

İzləyicilərin çoxu Eldarın yaşıl rəngə boyanmış saçlarını bəyənməyib, tənqid ediblər. Qeyd edək ki, Eldar Qasımov bir müddət öncə tünd qəhvəyi saçlarını sarı rəngə boyadaraq, sarışın olmuşdu. Bununla yanaşı, o qulaqlarının bir neçə yerinə pirsinq etdirib.

Beləcə, Eldar adını yerli şou-biznesin “sırğa taxan kişi məşhurları” sırasına yazıb.

Rəşad Əliyev