ÇıxışYolu.Com - Emin Dubay “Jara”sından danışdı

ÇıxışYolu.Com – Emin Dubay “Jara”sından danışdı

Baxış sayı: 3. 941 dəfə baxılıb.

Azərbaycanın Xalq artisti Emin Ağalarov Rusiyanın birinci kanalında yayımlanan “Veçerniy Urqant” verilişinin qonağı olub. 

ÇıxışYolu.Com xəbər verir ki, Emin 25-28 iyul tarixlərində Bakıda keçiriləcək “Jara-2019” beynəlxalq mahnı festivalından bəhs edib.

ÇıxışYolu.Com - Emin Dubay “Jara”sından danışdı

“Jara” möhtəşəm hadisədir. Festivalda 200 müğənni, musiqiçilərlə bərabər, 1000 nəfər insanın iştirakı gözlənilir. Hərənin də özünəməxsus xasiyyəti var. Lakin mən bütün artistləri sevirəm və onlarla çox asan ünsiyyət qururam. 

Bununla yanaşı, Xalq artisti festival çərçivəsində Rusiyanın bir sıra məşhur musiqiçilərinin gecələrinin təşkil olunacağı haqqında informasiya verib.

“Yuri Aksyutenin ideyası əsasında Qriqori Leps və Stas Mixaylov arasında musiqi batlı təşkil olunacaq. Festivalda “Lyube” qrupunun 30 illik yubileyləri qeyd ediləcək.

Məşhur pop ifaçısı Svetlana Lobodanın yubiley gecəsi və konserti keçiriləcək. Əgər rok ifaçısı Zemfira fikrindən dönməsə, onun da musiqi gecəsini keçirməyə hazırıq”.

Emin mayın 3-ü ilk dəfə Dubayda baş tutacaq “Jara-2019” musiqi festivalı barədə fikirlərini bölüşüb:

ÇıxışYolu.Com - Emin Dubay “Jara”sından danışdı

“Dubayda keçiriləcək festival parlaq və gözəl olacaq”.

Verilişin aparıcısı İvan Urqantın “Bakıya gələndə ilk öncə haranı gəzirsiniz?” sualını Emin belə cavablandırıb.

ÇıxışYolu.Com - Emin Dubay “Jara”sından danışdı

“İlk öncə İçərişəhəri, Qız qalasını və “Jara” musiqi festivalının baş tutduğu ünvan – “Sea Breeze” istirahət mərkəzini”. 

ÇıxışYolu.Com - Emin Dubay “Jara”sından danışdı

Rəşad Əliyev