Bakıda nüfuzlu “Jara 2019” musiqi festivalına bu gündən etibarən rəsmən start verilib.
ÇıxışYolu.Com xəbər verir ki, dörd gün keçiriləcək möhtəşəm festival zamanı Rusiyanın, Avropanın və Azərbaycanın ən parlaq ulduzları çıxış edəcəklər.
Festivalın ilk günündə ulduzların iştirakı ilə mətbuat konsfransı keçirilib. Konfransda dörd gün ərzində “Jara”da baş tutacaq tədbirlər və çıxışlar haqqında Rusiya və Azərbaycandan olan media nümayəndələrinə məlumat verilib.
Jurnalistlərlə görüşə rus estradasının parlaq nümayəndələri – müğənni Filip Kirkorov, Qriqori Leps, Lolita, Ani Lorak, Zivert, Azərbaycanın Xalq artisti və festivalın təşkilatçısı Emin Ağalarov gəlib.
Beynəlxalq musiqi festivalında 70-dən çox sənətçi iştirak edəcək. Onlar yeni mahnıları ilə yanaşı, hit bəstələri və perfomansları ilə izləyicilərin qarşısına çıxacaqlar.
Tamaşaçılar, həmçinin daha bir sürpriz duetin şahidi olacaqlar. Rusiyanın pop kralı Filip Kirkorov ilə Zivert “Jara”da duet təqdim edəcəklər.
Lolita konsfrans zamanı bildirib ki, Bakıya gəlməkdən qürur və məmnunluq duyur. O, festivala gələn qonaqların hamısını hava limanında Eminin şəxsən qarşıladığını deyib.
Rəşad Əliyev
FOTO: Ramil Zeynalov