Rusiyanın məşhur ulduzu Aleksey Çumakov və Xalq artisti Emin Ağalarov “Uçurumun kənarında” adlı duetlərini ekranlaşdırıblar.
ÇıxışYolu.Com xəbər verir ki, klip Moskvada lentə alınıb. Ekran işinin süjet xətti sürprizlərlə doludur: Qeyri-adi sevgi üçbucağı, baş qəhrəmanın uçuruma düşməsi və gözlənilməz sonluq.
Klipin rejisorluq işi Yevgeniy Spivakova həvalə olunub.
“Mən ekran işlərini şərh etməyi o qədərd ə sevmirəm. Hər tamaşaçı fərqli bir şey tapır. Hər hansı bir qavrayış çox fərdidir. Missiyam həyatın müxtəlif ssenarisini nümaiyş etməkdir. Əlimizdən tutub bir-birimizin gözünə baxa biləcəyimiz bir insanı tapmaq çox dəyərlidir,” – deyə Aleksey Çumakov bildirib.
Emin isə ekran işi ilə bağlı təəssüratlarını bu cür dilə gətirib:
“Klip çox gözəldir. Demək istəyirəm ki, Aleksey inanılmaz dərəcədə mükəmməldir. Mahnının müəllifi və klipin ssenari müəllifi olmağı bir yana, o həmçinin ekran işininin montajını da özü edib. Proses uzun sürdü, ancaq buna dəyərdi. Və ortaya çıxan hər şey gözləntiləri aşdı. Bu klipdə maraqlı bir hekayə və sona qədər şübhə içində qalan süjet xəttinin inkişafı var. Sonda isə izləyici mütləq təəccüblənəcək. Çox şadam ki, bizim bu duet yeni albomumun bir hissəsi oldu”.
Qeyd edək ki, Xalq artirsti Emin Ağalarov Rusiyanın məşhur pop ulduzları Ani Lorak, Svetlana Loboda, Slava, Maksim Fadeyev, Qriqoriy Leps və digər müğənnilərlə uğurlu duetə imza atıb.
Rəşad Əliyev