ÇıxışYolu.Com – Erməni hərbçi yol qəzasında öldü

Baxış sayı: 4. 397 dəfə baxılıb.

ÇıxışYolu.Com - Erməni hərbçi yol qəzasında öldü

Ermənistanın Armavir vilayətində ağır yol qəzası nəticəsində erməni hərbi qulluqçu həyatını itirib.

Ermənistan mətbuatının yaydığı məlumata görə, ötən gün yerli vaxtla 19:30 radələrində Armavir-Karakert yolunda “Mercedes” və “QAZ 3110” markalı avtomobillər toqquşub.

Yol qəzası nəticəsində hərbi hissələrdən birinin serjantı ölüb. Hadisə ilə əlaqədar xəstəxanaya üç nəfər çatdırılıb. İnsidentlə bağlı cinayət işi açılıb.