ÇıxışYolu.Com – Erməni polisinin amansız rəftarının görüntüsü yayıldı

Baxış sayı: 1. 807 dəfə baxılıb.

ÇıxışYolu.Com - Erməni polisinin amansız rəftarının görüntüsü yayıldı

Ermənistanın Ombudsmanı Arman Tatoyan özünün “Facebook” səhifəsində polislərin əleyhqaz və dəyənəkdən istifadə etməklə etirafedici ifadələr almağa çalışdıqları barədə video yerləşdirib.

ÇıxışYolu.Com xəbər verir ki, məlumatı “Verelq” saytı yayıb.

Ombudsman videogörüntülərlə bağlı dərhal cinayət işinin başlanılmasının zəruriliyini xatırladıb.

“Bütün yoxlama tədbirləri istisnasız olaraq Cinayət Prosesual Məcəlləsinin çərçivələri daxilində həyata keçirilməlidir. Cinayət təqibini aparan orqana şəxsi imzamla rəsmi məktub ünvanlanacaq. Proses insan hüquqlarının müdafiəçisi olaraq mənim nəzarətim altında olacaq”, – ombudsman A.Tatoyan yazıb.

Ermənistanın Baş Prokurorluğu hadisənin sosial şəbəkələrdə ictimailəşdirilməsindən dərhal sonra araşdırmalara başlayıb. Videomaterial və sözügedən paylaşım müvafiq cinayət işinin açılması məqsədilə Xüsusi İstintaq İdarəsinə göndərilib.